AİF tender keçirir

AİF tender keçirir
09:32 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) "Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair açıq tender elan edib.
“Report” AİF-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar ilkin sənədləri martın 27-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 5-nə qədər Fondun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti,40 ünvanına təqdim etməlidirlər.
Təkliflərə aprelin 6-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/ai-f-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR