Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb
09:37 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu ərazisində texniki baxış işləri aparılan zaman aşkar olunmuş qaz sızmalarının ləğvi, istismarı dayandırılmış qaz xətlərinin qaz təchizatı şəbəkəsindən ayrılması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və avadanlıqlarda nəzərdə tutulmuş təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 09:00-dan rayonun Sulutəpə, Çiçək yaşayış ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.
"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fasilə saat  17:00-dək davam edəcək.
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bineqedi-rayonunun-tebii-qaz-techizatinda-mehdudiyyetler-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR