Rəşadat Axundov Nidadan istefa verib

Rəşadat Axundov Nidadan istefa verib
09:42 14 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Rəşad Axundov Nida Vətəndaş Hərəkatının üzvlüyündən istefa verib.
"Report"un xəbərinə görə, bu barədə R.Axundov özü məlumat yayıb.
O, ictimai-siyasi fəaliyyətini dayandırdığını da qeyd edib.
"Bizim səhvimiz həbsxanada əfv müraciəti yazdıqdan sonra hər şeyi sonlandırmamağımız idi. Çünki yeni bir proses başlatmışdıq, amma sona çatdıra bilmədik. Yoldaşlarımızın ümidini qırmışdıq. Hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm" - deyə, R.Axunodov əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/resadat-axundov-nidadan-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR