"Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən" - Ərdoğan

"Telefonda Bəşər Əsədə dedim ki, düz eləmirsən" - Ərdoğan
09:47 14 Fevral 2017
166 Dünya
Ölkə mətbuatı
A- A+

"Bəşər Əsədə telefonda dedim ki, sən öz xalqına bombalar yağdırırsan. Bu, yaxşı hərəkət deyil".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə bağlı bir xatirəsindən danışarkən deyib.

Suriyada vətəndaş müharibəsinin başladığı ilk aylarda dəfələrlə onunla telefonla danışdığını, öz adamlarını Dəməşqə göndərdiyini deyən Ərdoğan sonuncu dəfə cümədən əvvəl Əsədə zəng vurduğunu söyləyib. ""Bəşər, bu gediş yaxşı deyil. Öz xalqına bombalar yağdırırsan. Tanklarla xalqının üzərinə gedirsən. Sabah cümədir. Bu başlanğıc olsun. Qoy vətəndaşların dinc şəkildə cümə namazı qılsınlar", - dedim, amma qulaq asmadı", - Ərdoğan bildirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR