Rusiyada yenə içkidən zəhərlənmə - 3 ölü

Rusiyada yenə içkidən zəhərlənmə - 3 ölü
09:52 14 Fevral 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Amur ətrafı vilyətində 3 nəfər spirt tərkibli metanol içdikdən sonra dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vilayətin Skovorodin xəsətəxanasından verilən məlumata görə, fevralın 11-də 1973 və 1967-ci il təvəllüdlü iki nəfər şəxs koma vəziyyətində xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onları həyata qaytarmaq mümkün olmayıb.

Bundan başqa, həmin gün yaşayış evlərindən birində 1991-ci il təvəllüdlü bir qadının da cəsədi aşkarlanıb. Onun da ölümündən qabaq spirt tərkibli metanol içdiyi bildirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR