Neft bahalaşır

Neft bahalaşır
10:12 14 Fevral 2017
416 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya birjalarında neft bahalaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar və ya 0,26% artaraq 53,07 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,31% artaraq 55,76 dollar olub.
 
Rəqəmlərdən də göründüyü kimi, ötən gün müşahidə olunan ucuzlaşmadan sonra bugünkü ticarət sessiyasının əvvəlində "qara qızıl" dəyər qazanmaqdadır. İnvestorlar dilemma qarşısındadır: bir yandan OPEC sutkalıq neft hasilatını azaldıb, digər tərəfdən isə ABŞ-ın kommersiya ehtiyatları artım nümayiş etdirir. "Bloomberg" agentliyinin sorğu keçirdiyi analitiklər qeyd edirlər ki, ABŞ-ın neft ehtiyatları 6 həftə ard-arda artır. Sonuncu həftə artım 3,5 mln. barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi neft ehtiyatlarının həcminə dair növbəti hesabatı sabah açıqlayacaq.
 
"İnterfax" agentliyinin apardığı hesablamalar isə göstərir ki, OPEC üzvləri hasilatın azaldılmasına dair razılaşmaya 93% əməl edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR