Yeni nazir Ramin Quluzadə kimdir?

Ramin Quluzadə kimdir, Ramin Quluzadə həyatı - Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Metbuat.az Abzas.net-ə istinadən xəbər verir ki, bu vəzifəyə qədər o, 2016-cı ilin yanvarında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2015-2016-cı illərdə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışıb.

Ramin Quluzadə haralıdır - 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılsın.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR