Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək şəxsin adına aydınlıq gəlib

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini icra edəcək şəxsin adına aydınlıq gəlib
10:27 14 Fevral 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdən bu vəzifəyə istefada olan general Kit Kelloqqun təyin edildiyi bildirilib.
Qeyd edək ki, D.Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinn Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqələrinin olması haqqında məlumatların yayılmasından sonra istefa ərizəsini yazıb.
M.Flinn istefa ərizəsində ABŞ vitse-prezidenti Mayk Pensə S.Kislyakla əlaqələri haqqında tam məlumat vermədiyini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampin-milli-tehlukesizlik-meseleleri-uzre-musaviri-vezifesini-icra-edecek-sexsin-adina-aydi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR