Taekvondoçumuzdan qızıl medal

Taekvondoçumuzdan qızıl medal
10:37 14 Fevral 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada taekvondo üzrə G2 kateqoriyalı "Turkish Open" beynəlxalq turniri davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisi mükafatlarının sırasına daha ikisini əlavə edib. Belə ki, Reza Mehmandostun yetirmələrindən Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalına yiyələnib.

68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Sina Bəhrami isə rəqib tanımayıb. Bütün görüşlərini qələbə ilə bitirən təmsilçimiz "Turkish Open"in qalibi adına yiyələnib.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR