Bakıda kütləvi dava düşüb, 32 yaşlı kişi bıçaqlanıb

Bakıda kütləvi dava düşüb, 32 yaşlı kişi bıçaqlanıb
10:42 14 Fevral 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda kütləvi dava düşüb. Hadisə zamanı 32 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.
"Report"un xəbərinə görə, hadisə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Dava zamanı C.Hüseynova 4 bıçaq zərbəsi vurulub. Ağır xəsarət alan C.Hüseynov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kutlevi-dava-dusub-32-yasli-kisi-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR