Millimizdən öncə Yeni Zelandiya

Millimizdən öncə Yeni Zelandiya
11:05 14 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Şimali İrlandiya milli komandası iyunun 10-da Azərbaycan yığması ilə Bakıda keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq planını indidən müəyyənləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, britaniyalıların Bakıya səfəri öncəsi yoldaşlıq görüşü və iki təlim-məşq toplanışı olacaq. 

Komandanın baş məşqçisi Maykl O`Nil bildirib ki, yoldaşlıq görüşündəki rəqib Yeni Zelandiya millisi olacaq. Qarşılaşma iyunun 2-də Belfastdakı "Vindzor Park"da keçiriləcək.

"Futbolçularımızdan çoxu üçün mövsüm aprelin sonlarında başa çatacaq. Onların oyun keçirməyə ehtiyacları olacaq. Biz də bundan ağılla faydalanaraq, mümkün qədər çox futbolçunu sınamaq imkanı qazanacağıq. Yeni Zelandiya ilə görüş Azərbaycana səfər öncəsi fiziki və taktiki hazırlığı stimullaşdıracaq", - deyə 48 yaşlı mütəxəssis bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR