SON DƏQİQƏ: Ziya Məmmədovun yeni vəzifəsi ilə bağlı xəbər yayıldı

Ziya Məmmədov işdən çıxarıldı - Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.

Musavat.com-un xəbərinə görə, Ziya Məmmədov açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç özüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".

Qaynarinfo.az-ın bu dəqiqələrdə əldə etdiyi məlumata görə, yaxın günlərdə Ziya Məmmədov da yeni təyinat alacaq. Onun Baş nazirin müavini vəzifəsinə təyin ediləcəyi və nəqliyyat məsələri üzrə məsul olacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR