Nadirin ad günündə xanımı onun barəsində nələr dedi? - VİDEO

Nadirin ad günündə xanımı onun barəsində nələr dedi? - VİDEO
11:09 14 Fevral 2017
285 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə paytaxt məkanlarının birində özünə ad günü keçirib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, özəl gününə elə də çox adam çağırmayıb: “Mən hər il ad günü keçirməyi, insanlara əziyyət verməyi sevmirəm. İndi dəbdi axı. Hər bir hadisəyə yığıncaq edirlər. Bu mənlik deyil. Bu gün ad günümə yalnız ailə dostlarımı dəvət etmişəm. Həyatda arzularımın bir çoxuna çatmışam, qalıb bir qismi. İnşallah onlar da gerçək olar”.

 

Daha sonra N.Qafarzadənin həyat yoldaşı Sevinc xanımın da təbrikini aldıq: “Mən Nadiri təbrik edirəm. O çox gözəl həyat yoldaşıdır. Bəzən onu hirsləndirirlər, evə əsəbi gəlir. Mən də onu sakitləşdirirəm. Arzum budur ki, övladlarımızın xeyir işini görək. Elə onun ən çox istədiyi arzu da budur. İnşallah birgə arzularımıza çatarıq”.

 

Onu da əlavə edək ki, səbəbkar məclisdə qonaqlar üçün bir neçə mahnı oxuyub.

 

Qeyd edək ki, 46 yaşını qeyd edən müğənnin ad günündə müğənni Xatun Əliyeva da iştirak edirdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR