Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik"

Almaniyalı deputat: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əlimizdən gələni edirik"
11:12 14 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ "Almaniya Azərbaycanı özünün yaxşı, etibarlı və vacib tərəfdaşı kimi qiymətləndirir".
"Report" xəbər verir ki, bunu "Vestnik Kavkaza"ya açıqlamasında Sosial-Demokrat Partiyasından olan almaniyalı deputat, Almaniyanın ATƏT-dəki parlament nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib.
D.Barnett Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün əllərindən gələni etdiklərini bildirib. Onun sözlərinə görə,
ATƏT-ə sədrliyi dövründə Almaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərini yaxınlaşdırmaq üçün ciddi səyləri göstərib, o cümlədən Almaniya Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistandan olan deputatlar arasında görüş təşkil edib.
Parlamentari münaqişənin yalnız sülh yoluyla həllinin vacibliyini qeyd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/almaniyali-deputat-dagliq-qarabag-munaqisesinin-hell-edilmesi-ucun-elimizden-geleni-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR