Həyat yoldaşını döyərək öldürən ərin uşaqları ƏLİNDƏN ALINDI - GƏDƏBƏYDƏ

Həyat yoldaşını döyərək öldürən ərin uşaqları ƏLİNDƏN ALINDI - GƏDƏBƏYDƏ
11:13 14 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Gədəbəy rayonunda anası atası tərəfindən öldürülən 3 uşaq dövlətin himayəsinə veriləcək.

Bu barədə Publika.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat verilib.

Məlumatda bildirilib ki, kütləvi informasiya vasitələrində Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərovanın həyat yoldaşı 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilməsi barədə məlumat öz əksini tapıb. Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb və hadisə təsdiqlənib.

Bununla əlaqadar olaraq, Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı 9 fevral 2017-cı il tarixdə Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub.

Gədəbəy rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda Komitənin əməkdaşı ilə yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların (YYÇ) işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Komissiyanın məsul katibi, Gədəbəy rayon Polis Şöbəsinin YYÇ-larla profilaktik işin təşkili qrupunun baş inspektoru, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və psixoloqu iştirak edib.

Məlum olub ki, 1978-cü il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Gədəbəy rayon Polis şöbəsi və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bildirib ki, mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmayıb. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət etmiş və müvafiq köməklik göstərilib.

Daha sonra iclas iştirakçıları ailəyə baxışı keçirib. Mərhumun övladları yetkinlik yaşına çatmayan 14.09.2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 07.10.2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 03.01.2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdirilib. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib.

Bunları nəzərə alaraq uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürmüş, müfaviq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azaldılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür.

Dövlət Komitəsi məişət zorakılığı baş vermiş ailələrdə fərdi monitorinq və reabilitasiya tədbirlərini davam etdirəcək.

Xatırladaq ki, Dürdanə Əsgərova fevralın 4-ü axşam saatlarında həyat yoldaşı Zamur Allahverdiyev tərəfindən döyülərək öldürülüb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR