Mərkəzi Bankın İdarə Heyətinin üç üzvünün səlahiyyət müddəti bitdi

Mərkəzi Bankın İdarə Heyətinin üç üzvünün səlahiyyət müddəti bitdi
11:24 14 Fevral 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.

 

"APA-Economics" xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb.

 

Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.

 

A. Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

 

V. Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A. Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.

 

Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E. Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267559

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR