Rəqibimiz Yeni Zellandiya ilə qarşılaşacaq

Rəqibimiz Yeni Zellandiya ilə qarşılaşacaq
11:27 14 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya milli komandası yoxlama oyunu keçirəcək. Fanat.Az xəbər verir ki, britaniyalılar iyunun 10-da Azərbaycan yığması ilə Bakıda keçirəcəkləri "DÇ-2018"in seçmə mərhələ oyunundan əvvəl Yeni Zellandiya ilə qarşılaşacaq.


Komandanın baş məşqçisi Maykl O Nil bildirib ki, qarşılaşma iyunun 2-də Belfastdakı "Vindzor Park"da keçiriləcək: "Futbolçularımızdan çoxu üçün mövsüm aprelin sonlarında başa çatacaq. Onların oyun keçirməyə ehtiyacları olacaq. Biz də bundan ağılla faydalanaraq, mümkün qədər çox futbolçunu sınamaq imkanı qazanacağıq. Yeni Zelandiya ilə görüş Azərbaycana səfər öncəsi fiziki və taktiki hazırlığı stimullaşdıracaq".


48 yaşlı mütəxəssis təlim-məşq toplanışlarına Yeni Zelandiya ilə oyundan sonra xaricdə davam edəcəklərini bildirib. O, hələlik toplanış məkanlarının müəyyənləşmədiyini, amma futbolçuların belə hazırlıq prosesindən zövq alacaqlarını bildirib.


Qeyd edək ki, Yeni Zelandiya yığması iyunun 17-də Rusiyada start götürəcək Konfederasiyalar Kubokunda Rusiya, Portuqaliya və Meksika yığmaları ilə eyni qrupda yer alıb. Bu komanda turnirə yollanmamışdan öncə Şimali İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək. Azərbaycan millisinin britaniyalılarla görüşü isə "Bakcell Arena"da baş tutacaq. C qrupunda 4 turdan sonra Şimali İrlandiya və Azərbaycan yığmaları hərəyə 7 xalla 2-3-cü yerləri bölüşür.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rqibimiz-yeni-zellandiya-il-qarlaacaq-t56258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR