Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti bu il Qırğızıstanda keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti bu il Qırğızıstanda keçiriləcək
11:27 14 Fevral 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Yaxın bir neçə ay ərzində Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammiti keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə "AKİpress"ə açıqlamasında Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev bildirib.
Onun sözlərinə görə, TDƏŞ sammitinin vaxtı təşkilata üzv olan bütün ölkələrlə razılaşdırılacaq. XİN başçısı sammitin yaxın bir neçə ayda keçiriləcəyini düşündüyünü əlavə edib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və ya Türk Şurası 2009-cu ilin oktyabr ayında yaradılmış beynəlxalq təşkilatdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TDƏŞ üzvləridir. Təşkilatın katibliyi İstanbulda yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkdilli-dovletlerin-emekdasliq-surasinin-sammiti-bu-il-qirgizistanda-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR