DİM sədrinin müavini: "Əsas problem vakant vəzifələrin təqdim edilməməsi idi"

DİM sədrinin müavini: "Əsas problem vakant vəzifələrin təqdim edilməməsi idi"
11:27 14 Fevral 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ “Bu günə qədər dövlət qulluğunda mövcud olan problemlərdən biri vakant vəzifələrinin müvafiq qurumlara təqdim edilməməsi idi”.
“Report”un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, dövlət qulluğu üçün reyestrinin formalaşdırılması bir çox hesabatlar əldə etməyə imkan verib: “Reyestr yaradıldıqdan sonra bütün vakant yerlər sistemdə aydın görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır. Dövlət qulluqçularının etik davranış qaydaları qəbul edilib. Hər il bütün dövlət orqanlarının əməkdaşlarının etik davranışı barədə hesabatlar təhlil olunub. Bununla yanaşı hər bir dövlət orqanında etik müvəkkillər institutu yaradılıb”.
Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlərin görüldüyünə diqqət çəkən sədr müavini əlavə edib ki, dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlər əldə edilib: “Dövlət qulluğu müsabiqəsinə etimadın yaradılmasına nail olunub. Ötən illər ərzində obyektiv və şəffaf fəaliyyəti təmin etmək üçün işlər görülüb. 2006-cı ildən başlayaraq dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/di-m-sedrinin-muavini-esas-problem-vakant-vezifelerin-teqdim-edilmemesi-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR