Malena Mard: "Yeni saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək"

Malena Mard: "Yeni saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək"
11:32 14 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni saziş Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı tvinninq layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, Aİ tvinninq layihəsi üzrə 2007-ci ildən etibarən 47 layihə həyata keçirib: "İlin sonuna kimi bu, 50-yə çatdırılacaq. Hazırkı layihəmizin büdcəsi 1,2 milyon avrodur və iki il davam edəcək. Dövlət qulluğu davamlı inkişaf tələb edir".

Səfir Azərbaycan və Aİ arasında imzalanacağı gözlənilən sazişə də toxunub. O, Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı yeni saziş üzrə danışıqların başladığını xatırladıb.

M.Mardın sözlərinə görə, bu saziş Aİ ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR