Fransa prezidentliyinə namizədin qərargahı Rusiyanı seçkilərə müdaxilədə ittiham edib

Fransa prezidentliyinə namizədin qərargahı Rusiyanı seçkilərə müdaxilədə ittiham edib
11:32 14 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidentliyinə şanslı iddiaçılardan olan "İrəli!" hərəkatının namizədi Emmanuel Makronun komandası Rusiyanı seçki prosesinə müdaxilədə ittiham edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hərəkatın baş katibi Rişar Ferran "France 2" telekanalına müsahibəsində bildirib ki, E. Makron Rusiya KİV-i və Rusiyadan qaynaqlanan kiberhücumların hədəfinə çevrilib. R. Ferran hesab edir ki, Moskva digər namizədlərə - Xalq Cəbhəsinin lideri Marin Le Pen və respublikaçıların namizədi Fransua Fiyona isti yanaşır. O, Fransa hökumətini seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb. 
 
R. Ferran Rusiyanın dövlət KİV-i "Russia Today" və "Sputnik"dən şikayətlənərək onları Makronun nüfuzuna zərbə vurmaq üçün saxta xəbərlər yaymaqda günahlandırıb. O, "İrəli!" hərəkatının internet resurslarına kiberhücumlar edildiyini də söyləyib. R. Ferran E. Makronun Avropanın maraqlarına uyğun mövqeyinə görə Moskvanın hücumlarına məruz qaldığını vurğulayıb.
 
ABŞ seçkiləri ilə paralellik aparan Rişar Ferran deyib ki, amerikalılar seçkiyə xarici müdaxilədən xəbər tutsalar da, artıq gec olub.
 
Qeyd edək ki, Fransada keçirilən rəy sorğuları M. Le Pen və E. Makronun ikinci tura keçəcəyini göstərir. Seçkilərin ilk turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR