“Finance Leasing” dollar və manatla istiqraz buraxır

“Finance Leasing” dollar və manatla istiqraz buraxır
11:42 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Finance Leasing” ASC-nin istiqraz emissiyasını (AZ2025006571) dövlət qeydiyyatına alıb.
Palatadan “Report”a verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1,227 ədəd faizli təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. İstiqrazların tədavül müddəti 1 080 gün, gəlirlik dərəcəsi isə 9%-dir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.
MBNP tərəfindən həmçinin adı çəkilən lizinq şirkətinin qapalı üsulla yerləşdiriləcək hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı (AZ2024006572) və hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı (AZ2023006573) qeydiyyata alınıb. Bu istiqrazlar üzrə gəlirlik isə 14%, onların tədavül müddəti isə 1 080 gündür.
Xatırladaq ki, "Finance Leasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/financeleasing-dollar-ve-manatla-istiqraz-buraxir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR