Azərbaycan taekvondoçusu Türkiyədə qızıl medal qazanıb

Azərbaycan taekvondoçusu Türkiyədə qızıl medal qazanıb
11:47 14 Fevral 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Sina Bahrami Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirində qızıl medal qazanıb. "Report"un Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumat görə, 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan 25 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tunirin 3-cü günündə qüvvəsini sınayan "Azəri" klubunun üzvü Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlubiyyətlə üzləşərək yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, Azərbaycan taekvondoçuları turnirin ilk 2 günündə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Yarışa bu gün yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-taekvondocusu-sina-bahrami-qizil-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR