İmişlidə idarənin elektrik kabelləri kəsilərək oğurlanıb

İmişlidə idarənin elektrik kabelləri kəsilərək oğurlanıb
11:52 14 Fevral 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ İmişli rayonunda idarənin elektrik kabelləri kəsilərək oğurlanıb.
“Report”un məlumatına görə, hadisə fevralın 13-də rayonda yerləşən İmişli İşarəvermə və Rabitə İdarəsində baş verib.
Belə ki, naməlum şəxs və ya şəxslər İdarənin ərazisinə daxil olaraq, işlək vəziyyətdə olan 125 metr elektrik kabelini kəsərək oğurlayıblar.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul şəhər sakinləri Cəsarət Abdullayev və Fərid Səmədov tutulublar.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-idareninelektrik-kabelleri-kesilerek-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR