Azərbaycanlı milyarder Mübariz Mənsimov yaralı hərbçiyə kömək etdi (FOTO)

Qarabağda döyüşlər zamanı gözündən qəlpə yarası alan hərbçi Qoşqar Hacıyevin müalicə xərclərini azərbaycanlı milyarder Mübariz Mənsimov öz üzərinə götürüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Mingəçevir şəhərindən olan Qoşqar Hacıyev bir müddət əvvəl müalicə alması üçün imkanlı şəxslərdən yardım istəyib. Bundan sonra Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov ona yardım edib. (Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR