Gəncədə oğurluqla məşğul olan qrupun üç üzvü tutulub

Gəncədə oğurluqla məşğul olan qrupun üç üzvü tutulub
12:02 14 Fevral 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Gəncə şəhərində oğurluqla məşğul olan qrupun üç üzvü saxlanılıb.
"Report" xəbər verir ki, şəhər ərazisində müxtəlif vaxtlarda oğurluq edən Elnur Cəfərov, Emin Rzayev və Elvin Rəsulov saxlanılıb. 
Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların fevralın 8-dən 11-dək olan müddətdə şəhər ərazisində "ZİL" markalı avtomobildən akkumulyator, iki evin həyətindən ev quşları, məişət əşyaları və inşaat malları oğurlamaları da müəyyən edilib. 
Faktla bağlı Kəpəz RPİ-də araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-ogurluqla-mesqul-olan-qrupun-uc-uzvu-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR