Maskalı şəxslər evdən 13 min manat apardılar

Maskalı şəxslər evdən 13 min manat apardılar
12:12 14 Fevral 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda  3 nəfər maskalı evdən 13 min manat pul oğurlayıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, fevralın 13-də gecə saatlarında Hacıqabul rayonunun Qubalı kənd sakini, 1964-cü il təvəllüdlü Tağıyev Kazım Fazil oğluna məxsus fərdi yaşayış evinə girən 3 maskalı şəxs ailə üzvlərini qorxudaraq mənzildən 13 min manat pulu götürərək qaçıb. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.
 
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR