Fahişəxanalar məhəlləsi darmadağın ediləcək - FOTO

Fahişəxanalar məhəlləsi darmadağın ediləcək - FOTO
12:17 14 Fevral 2017
280 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndoneziyanın paytaxtı Cakartanın "Kalijodo" səmtindəki məhəllə "fahişəxanalar məkanı" kimi tanınır. Burada giriş qapısının üzərinə "masaj salonu" yazılmış yastı-yapalaq daxmalardakı qadınlar "müştəri"lərə "xidmət" göstərməklə məşğuldurlar.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, şəhər meriyasının qərarına görə, bu fahişəxanaların hamısı söküləcək, darmadağın ediləcək.

"Kalijodo"dakı "masaj salon"larında ən populyar iki "xidmət" var. Onlardan biri "pişik" vannasıdır. Bu zaman müştəri iki qadınla vanna otağına girir və orada eşq saatları keçirir. İkinci "servis" isə müştərinin əxlaqsız qadın tərəfindən əl dəymədən masaj olunmasıdır.

Belə "servis"lərin qiyməti təqribən 40 dollardır.

Fahişəliyin yasaq olduğu İndoneziyada əxlaqsız qadınların dəqiq sayı bilinmir.

Cakarta meriyası 2019-cu ilədək "Kalijodo"nu yerlə yeksan edərək orada fahişəliyin kökünü kəsməyi, bölgədə yeni yaşayış massivi salmağı planlaşdırır.

Əxlaqsızlıqla mübarizənin güclənməsinə rəğmən, İndoneziyada "pullu müştəri"lərə xidmət göstərən VİP-bordellərə hələ ki, toxunmurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR