Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb

Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb
12:22 14 Fevral 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda iki nəfərdən tapança və patronlar aşkar edilərək götürülüb.
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Tağıyevdən "Naqan" markalı tapança və 4 ədəd patron götürülüb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdən paytaxtın Xətai rayonu ərazisində "TT" markalı tapança və 4 ədəd patron götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-iki-neferden-tapanca-ve-patronlar-askar-edilerek-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR