Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb

Azərbaycan bankları sahibkarlara kredit verilişini azaldıb
12:27 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda banklar tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara verilən kreditlərin ümumi həcmi illik müqayisədə 215 mln. manat və ya 24,4% azalaraq 2017-ci il yanvarın 1-nə 665,7 mln. manat təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Kreditlərin 307,7 mln. manatı və ya 46,2%-i manatla, 358,0 mln. manatı və ya 53,8%-i xarici valyutada verilib.
Qeyd edək ki, ümumiyyətlə, banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu da hesabat ilində 2 372,2 mln. manat və ya 30,2% azalaraq bu ilin əvvəlinə 5 483,1 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-banklari-sahibkarlara-kredit-verilisini-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR