Milli Məclisin deputatı: “Yerevanın rəhbərliyi istəyərsə, qoy bu şəhər Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”

Milli Məclisin deputatı: “Yerevanın rəhbərliyi istəyərsə, qoy bu şəhər Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”
12:32 14 Fevral 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Milli Məclisin deputatı Səməd Seyidov Rusiyanın Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Azərbaycanla bağlı dediyi sözlərə münasibət bildirib.
“Report”un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən S.Seyidov bildirib ki, əslində bu sözlərə fikir verilməyə də bilərdi: “Lakin bu sözlərin Xocalı soyqırımının 25 illiyi ərəfəsində deyilməsi qəbuledilməzdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Ermənistan qondarma bir dövlətdir. Ermənistan Azərbaycan torpaqlarında yaradılıb. Onların 95 faiz əhalisi azərbaycanlı olub. Əgər Yerevanın rəhbərliyi istəyərsə, qoy bu şəhər Azərbaycanın ayrılmaz tərkib hissəsi olsun”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisin-deputati-yerevanin-rehberliyi-isteyerse-qoy-bu-seher-azerbaycanin-ayrilmaz-terkib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR