Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı açıqlanıb
12:32 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bu il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 514 min nəfər olub ki, onlardan 889,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 624,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 22,2%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ötən il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 498,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyatinda-muzdla-calisan-iscilerin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR