AFFA baş katibinin müavini FIFA prezidenti illə eyni tədbirdə iştirak edir

AFFA baş katibinin müavini FIFA prezidenti illə eyni tədbirdə iştirak edir
12:37 14 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Qətərin paytaxtı Dohada işə başlayan "FIFA Executive Football Summit" adlı tədbirdə AFFA-nı baş katibin müavini Sərxan Hacıyev təmsil edir. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA-nın prezidenti Canni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə "FIFA 2.0 – The Vision for the Future" strategiyası, "Forward" Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunacaq.
Tədbirə Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbər şəxsləri qatılıb.
Qeyd edək ki, toplantıya fevralın 15-də yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-bas-katibinin-muavini-fifa-prezidenti-ille-eyni-tedbirde-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR