Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü vəzifəsindən ayrıldı - SƏBƏB?

Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü vəzifəsindən ayrıldı - SƏBƏB?
12:37 14 Fevral 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb.
 
Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.
 
A. Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
 
V. Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A. Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.
 
Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E. Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.
 
Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR