Müğənni Afaq Aslanın yeni görüntüləri yayıldı.
“ARB Ulduz”un “Şou-məkan” verilişinin növbəti qonağı, son zamanlar cəsarətli foto və videoları ilə gündəmi zəbt edən müğənni Afaq Aslan olub.
Yeni fotosessiyaları ilə partlayış edən, qalmaqalsız bir günü
olmuyan müğənni, yeni və ekskluziv açıqlamaları ilə diqqət
çəkib:
“Verdiyim vədlərlə bağlı olan layihəmiz işıq üzü görəcək. İnanıram
ki, bu layihə Azərbaycanda bomba kimi partlayacaq. Hər zaman olduğu
kimi cəsarətli addımlarımla çoxlarından seçilirəm. Elə bir layihəyə
imza atmışıq ki, dünya ulduzlarının etdikləri layihələrlə ayaqlaşa
bilcək bir işdir”.
Afaq Aslan qapalı məkanda açıq-saçıq pozlar verdiyi foto və
videolarla reper Rauf demişkən, münasibət mənfi - 40 dərəcə yox,
müsbət +58 dərəcə olacaq görüntülərlə xeyli iddialı görünür:
“Həm şəkillər, həm də kadrarxası video-görüntülər var. Məni elə bir
fərqli obrazda görəcəksiz ki, indiyə kimi elə görməmisiz. Qarın
içində mən elə bir geyimdə gəzirdim ki, qıraqdan baxsaydız,
deyərdiz ki, bu, çəkilişdən sonra 3 gün yataqda yatacaq”.
Yəqin ki bu görüntülərdən sonra həmin xanımın adı dillərə dastan
olacaq:
“Budəfəki çəkilişdə mənə çox yaxından kömək olan Nigar xanımı demək
olar ki, mən kəşf etmişəm. Ümid edirəm ki, bu fotosessiyadan sonra
onun adı dillər əzbəri olacaq və hər zaman özünə də deyirəm ki,
mənəm-mənəm deyən fotoqraflar səni özünə böyük rəqib
görəcəklər”.
Müğənni etiraf etdi ki, onun bundan öncəki fotosessiyasını
həyata keçirən fotoqrafın başına nə gəldisə, hələ də ondan
xəbər-ətər yoxdu:
“Mənim sonuncu fotosessiyamı həyata keçirən fotoqraf həmin şəkiləri
işləyəndə infarkt keçirdi, başına hava gəldi. O fotosessiyadan
sonra nə telefona cavab verir, nə mesaja cavab verir. Şəkillər də
getdi, özü də rəhmətə getdi”.
Afaq, camaat altan giyinib üstdən qıfıllanır. Bəs, sən düzün
düzəngahında o qədər soyuq havada heçmi üşümədin?
“Əslində üşüdüm. Ancaq fotosessiyalarıma o qədər həvəslə yanaşıram
ki, soyuq gözümə görünmürdü. Yalnız bir şeyi düşünürdüm ki,
beynimdəki o ideyanı tamaşaçılara çatdırmalıyam. Mən o qədər atəşli
bir xanımam ki, qarın soyuqluğu belə məni soyutmaz”.
Müğənniyə xarici ölkələrdən gələn təkliflər isə günbəgün artır, lakin Afaq hələ də təkliflər üzərində fikirləşib bir qərar verə bilmir:
“Xarici ölkələrdən çox təşkiflər gəlir. Türkiyədən əvvəl çox təklif gəlirdi. İndi Dubaydan gəlir. Bu yaxınlarda Alma-Atıdan bir təklif gəldi. Məni daha çox ərəb qızlarına bənzədirlər. Hazırda təkliflər üzərində çalışırıq”.
Afaq Aslanı öz həyat yoldaşna qısqanan bəzi qadınlar belə desək,
müğənnini özləri üçün qanlı-bıçaqlı düşmən gözündə görürlər.
“Evdar bir qadın deyir ki, mən günlərlə evdə oturub ərimin yolunu
gözləyirəm. Günlərlə gözlədiyim adam gəlir gözümün qabağında
İnstaqramda Afaqın şəkillərini bəyənir. Bu insanda qısqanclıqdan
mənə qarşı qiyabi nifrət yaranıb”.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024
tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə
bilərsiniz.