Bakıda Azərbaycan-İran maliyyə-bank əməkdaşlığı müzakirə edilib

Bakıda Azərbaycan-İran maliyyə-bank əməkdaşlığı müzakirə edilib
12:42 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, görüşdə Azərbaycan və İran arasında maliyyə-bank sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bakida-azerbaycan-i-ran-maliyye-bank-emekdasligi-muzakire-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR