Milli Məclisin komitələrindən birinin üzvlərinin sayı artırılıb

Milli Məclisin komitələrindən birinin üzvlərinin sayı artırılıb
12:42 14 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Əmək və sosial siyasət komitəsinə yeni üzv seçilib.
"Report"un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında komitə üzvlüyünə deputat Jalə Əliyevanın namizədliyi irəli sürülüb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da, MM-in Əmək və sosial siyasət komitəsinin üzvlərinin sayı 11-ə çatıb.
Xatırladaq ki, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisin-komitelerinden-birinin-uzvlerinin-sayi-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR