Zlatan və Messi yola getmirmişlər

Zlatan və Messi yola getmirmişlər
12:47 14 Fevral 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq idman direktoru Mark İnqla isveçli ulduz Zlatan İbrahimoviçin katalon klubunda karyerasının alınmamasından söhbət açıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İnqla onunla Messi arasında fikir ayrılığı olduğunu bildirib.

"Zlatan yırtıcı, maşın kimi idi. Amma yanında nisbətən kiçik maşın da vardı. İki qoçun başı bir qazanda qaynamadı", - İnqla deyib.

Qeyd edək ki, İbrahimoviçin "Barsa"dan ayrılma səbəbi kimi həmin vaxt komandanı çalışdıran Xosep Qvardiola ilə soyuq münasibətdə olması göstərilirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR