Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər hökumətə təqdim olunub"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər hökumətə təqdim olunub"
12:47 14 Fevral 2017
581 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ “Dövlət qulluğuna qəbul prosesi qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər Nazirlər Kabineti və Ədliyyə Nazirliyinə təqdim olunub”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hələlik dövlət qulluğuna qəbul prosesi ilə bağlı yeni qaydalar təsdiq olunmayıb: “Biz özümüzdən asılı olan addımları atmışıq. Qaydalar təsdiq olunandan sonra dövlət qulluğuna qəbul imtahanları keçiriləcək”.
M.Abbaszadə qeyd edib ki, qəbul imtahanları ilə bağlı ictimaiyyət üçün iki cədvəl hazırlanacaq: “Onun birində bütün qəbul imtahanları, digərində isə dövlət qulluğu imtahanlarının tarixləri əks olunacaq”.
DİM Direktorlar Şurasının sədri həmçinin Bakıda may ayında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının imtahanların tarixinə təsir edib-etməyəcəyinə də aydınlıq gətirib: “Bütün imtahanların tarixləri müəyyənləşdiriləndə və razılaşdırılanda ölkədə keçirilən beynəlxalq tədbirlər də nəzərə alınır. Biz Bakıda keçiriləcək beynəlxalq tədbir günlərində imtahanların olmamasına çalışırıq”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/dovlet-qulluguna-qebul-qaydalarinin-sadelesdirilmesi-ile-bagli-teklifler-hokumete-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR