Kənan Doğulu: “Tarkana da etdilər, mən çəkinirəm”

Kənan Doğulu: “Tarkana da etdilər, mən çəkinirəm”
12:48 14 Fevral 2017
162 Şou
Ölkə mətbuatı
A- A+

Türkü və pop albomu ilə yanaşı, şeir kitabı çıxarmağı planlaşdıran Kənan Doğulu tənqidlərdən qorxduğunu etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir, məşhur müğənni dünən "NTV" radioda Öykü Özdoğanın qonağı olub. İfaçının sözlərinə görə, yeni albomu yayda çıxacaq:

"Hazırda pop musiqiləri bəstələyirəm, amma zamanla klassik və caz təsiri altında da mahnılar bəstələyirəm. 200-ə yaxın mahnı yazdım. Onların içindən 10-unu seçmək çətin oldu. Həm türkü, həm pop albomu, həm də şeir kitabı çıxarmağı planlaşdırıram. Bütün bunlara baxmayaraq, türk sənət musiqisini yaxşı ifadə edə bilməyəcəyimi hesab edirəm. Bu məsələdə hər kəs mütəxəssisdir və rəy bildirir. Tarkanı belə tənqid edənlər var. Mən o nəğmələri oxumaq üçün çox bacarıqlı deyiləm, risk etmirəm”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR