Səməd Seyidov Jrinovskiyə şerlə cavab verdi

Səməd Seyidov Jrinovskiyə şerlə cavab verdi
12:53 14 Fevral 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

“Jrinovski rus kanallarının birində Azərbaycan və Ermənistanı Rusiyaya birləşdirmək və quberniyaya çevirmək iddiası ilə çıxış edib. Bəlkə də buna diqqət etmək lazım deryil. Amma Xocalı soyqrımının 25 illiyi ərəfəsində mən bunu deməyə bilmərəm. Ümummilli lider Heydər Əliyev qeyd edib ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir. Bu şüar deyil, qan yaddaşımız, qanlı yanvarımız, Xocalımız, Qarabağımızdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı komitə sədri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, quberniya olmaq məsələsinə gəldikdə, əslində İrəvan bu statusa tam uyğun gəlir:

“Amma Rusiyanın deyil, Azərbaycanın quberniyası statusuna. Etrmənistan tarixi Azərbaycan torpaqlıarında yaradılıb, tarixən indiki Ermənistanın əhalisinin 95 % azərbaycanlı olub”.

S.Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb:

“Mənim əziz dostlarım! Dahi rus şairi Puşkinin bir fikrini yada salmaq istəyirəm: “İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!”

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR