AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
12:57 14 Fevral 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının XVIII turunda baş verənlərə baxılıb. 
“Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. Oyunun 74-cü dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 
“Sumqayıt”la görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan "Neftçi" də 800 manat ziyana düşüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesinin-novbeti-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR