Yunanıstan və Azərbaycanın turizm imkanları müzakirə olunacaq

Yunanıstan və Azərbaycanın turizm imkanları müzakirə olunacaq
12:58 14 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 17- də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçiriləcək.

Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə yunan turizm şirkəti "Panhellas", İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

Tədbirin keçiriliməsində əsas məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.

Qeyd edək ki, tədbirdə tur operatorlar və turizm agentlikləri habelə turizm sənayesinə cəlb olunmuş təşkilatlar, media və nəşriyyat evləri, turizm universitet və institutları və s. qurumların nümayəndələri iştirak edəcək.

Tədbirdə Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas da iştirak edəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/187734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR