Ermənistanda ərzaq dükanında partlayış olub, azı 2 nəfər ölüb

Ermənistanda ərzaq dükanında partlayış olub, azı 2 nəfər ölüb
13:02 14 Fevral 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Ermənistanın Kotayk vilayətinin Lernanist kəndində ərzaq dükanının dağılıb uçması nəticəsində azı 2 nəfər ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu kəndin icra nümayəndəsi Artyom Ayrapetyan bildirib.
Onun sözlərinə görə, dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.
Məlumata görə, dağıntının baş verməsinə səbəb kimi partlayış göstərilib. 





Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-erzaq-dukaninda-partlayis-olub-azi-2-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR