"Ronaldunun baxışlarını seyr edəcəm"

"Ronaldunun baxışlarını seyr edəcəm"
13:17 14 Fevral 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin qapıçısı Pepe Reyna maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ispaniyalı qapıçı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real"la baş tutacaq görüşlərdə Kriştianu Ronaldu ilə duelə hazırdır.

Reyna madridlilərlə matçlarda qapısına penalti təyin olunacağı halda, Ronaldunun zərbəsini dəf edə biləcəyini qeyd edib.
 
34 yaşlı qolkiper həmin məqamda necə davranacağını indidən müəyyənləşdirib: "Penalti zərbəsi vurulanda ilk növbədə konsentrasiyalı olmalıyam. Bundan əlavə, o məqamda Ronaldunun baxışlarını diqqətlə seyr etmək lazım gələcək. Belə anlarda çox amil rol oynayır. Bilirəm ki, Ronaldu kimi təcrübəli futbolçu istənilən halda əsəbləşməyəcək".

Qeyd edək ki, "Real" və "Napoli" arasındakı ilk görüş sabah Madriddə, cavab qarşılaşması isə martın 7-də Neapolda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR