Nazir müavinin Milli Məclisdəki məruzəsi komitə sədri tərəfindən etirazla qarşılandı

Nazir müavinin Milli Məclisdəki məruzəsi komitə sədri tərəfindən etirazla qarşılandı
13:18 14 Fevral 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bu gün keçirilən plenar iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi bələdiyyələrlə bağlı İllik Məruzəyə etiraz edib.

Publika.az xəbər verir ki, A.Rəhimzadə Regional məsələlər komitəsinin iclasında İllik Məruzə ilə bağlı təkliflərin verildiyini, bəzi tənqidlərin olduğunu diqqətə çatdırıb:

“Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə əksini tapmayıb. Belə olmaz. Bəs, komitənin iclasını niyə keçirirdik? Ümumilikdə, bələdiyyələrlə bağlı böyük işlər görülüb, sadəcə bu işlərin səmərəliliyi daha artırılmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/187739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR