Mourinyo lüks mənzilə köçür - FOTO

Mourinyo lüks mənzilə köçür - FOTO
13:42 14 Fevral 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi, dünyaca məşhur portuqaliyalı çalışdırıcı Joze Mouinyo nəhayət ki, Mançesterdə özünə daimi yaşayış məskəni seçib.

O, şəhərin mərkəzindəki "Beetham Tower" göydələninin 42-ci mərtəbəsindəki penthausda yaşayacaq.

Milli.Az The Sun-a istinadən bildirir ki, penthausun icarəsi Joze Mourinyoya ayda 5 min funt-sterlinqə başa gələcək.

Hazırda dəbdəbəli "Lowry" otelində yaşayan Mourinyo penthausa köçməyə hazırlaşır.

Mourinyonun ailəsi Londonda, 25 milyon funt-sterlinqlik malikanədə yaşayırlar.  Onun 19 yaşlı qızı Matilda tələbə, oğlu Xose isə "Fulhem"in yeniyetmələrdən ibarət komandasının üzvüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR