Rasim Ocaqovun adına təqaüd təsis edilib

Rasim Ocaqovun adına təqaüd təsis edilib
13:47 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, görkəmli kinorejissor R.Ocaqov adına təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi (xalq artisti, professor Eldar Quliyevin emalatxanası) Masər Fuad oğlu Həsənov layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/517395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR