Hitler tutuldu

Hitler tutuldu
13:47 14 Fevral 2017
250 Maraqlı
Ölkə mətbuatı
A- A+

Avstriyada özünü Hitlerə bənzədən şəxs Nasist dövrünü şöhrətləndirməklə ittiham edilib.

Milli.Az Oberoesterreichische Nachrichten-ə istinadən bildirir ki, 25 yaşlı gənc özünü Harald Hitler adlandırır. O, Braunau am Inn şəhərində yerləşən Adolf Hitlerin doğulduğu evin önündə şəkil çəkdirib.

O, bu yaxınlarda Almaniya sərhədində yerləşən şəhərə köçüb.

Bu gəncin hərəkətləri nə zarafatdır, nə də tamaşa.

"Gənc adam dəqiq hansı işləri gördüyünü bilir. Onu Vyana və Qras şəhərlərində də Adolf Hitler obrazında görüblər", - şəhər polisinin yetkilisi David Furtner deyib.

Şəxsin şəkillərini Avstriyanın Heute.at xəbər saytı tərəfindən bazar ertəsi yayımlamışdı.

Hitler erasını şöhrətləndirmək Avstriyada cinayətdir.

Ötən ilin oktyabr ayında Avstriyanın hakimiyyət orqanları Hitlerin doğulduğu evin sökülməsi ilə bağlı qərar qəbul edib.

Hitler 1889-cu il aprelin 20-də binanın yuxarı mərtəbəsində kirayə götürülmüş otaqda anadan olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR