Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı

Ukrayna ordusu separatçıların silah zavodunu partlatdı
13:53 14 Fevral 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk şəhərindəki kimya zavodu artilleriya atəşi ilə partladılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Donetsk Xalq Respublikası” separatçı qurumun “Müdafiə Nazirliyi”nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, atəş Nevelski yaşayış məntəqəsindən açılıb. İlkin məlumatlara görə, partlayış nəticəsində bir nəfər həlak olub.

Kimya zavodu hazırda döyüş sursatları və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşıb. Ərazidə gedən döyüş əməliyyatlarının gedişatında zavod dəfələrlə atəşə məruz qalıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR